Xəbər lenti

Avropa Birliyindən Timoşenko XƏBƏRDARLIĞI
Dünya10:00 15.11.2013

Avropa Birliyindən Timoşenko XƏBƏRDARLIĞI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Parlamenti keçmiş baş nazir Yuliya Timoşenkonun ağır xəstə olmasına baxmayaraq, həbsxanada saxlanılması səbəbindən Ukrayna ilə bu ay imzalanması nəzərdə tutulan Ortaqlıq Müqaviləsini təxirə salınmasını istəyir.

Qaynar.info
xəbər verir ki, Avropa Parlamentinin Ukrayna üzrə nümayəndə heyətinə rəhbərlik edən Pat Koks və Polşanın  keçmiş prezidenti Aleksandr Kasniyevski Avropa Birliyi xarici işlər nazirlərinə Ukrayna ilə bağlı noyabr ayında planlaşdırdıqları qərarları təxirə salmağı tövsiyyə ediblər.

Koks və Kasniyevski Ukraynanın müqavilə şərtlərini yerinə yetirib yetirməyəcəyinə əmin olmaq üçün hələ tez olduğunu söyləyiblər.

Qeyd edək ki, Avropa Birliyi müqavilə üçün Ukraynada siyasətin məhkəmə üzərindəki təsirinə son qoyulmasını istəmişdi. Avropa ölkələri Ukrayna keçmiş baş naziri Yuliya Timoşenkonun azad edilməsini və ya müalicə olunmaq üçün xaricə göndərilməsini tələb edirlər.

Qaynar.info