Xəbər lenti

Avropa Birliyindən Ukrayna məmurlarına sanksiya
Dünya20:01 20.02.2014

Avropa Birliyindən Ukrayna məmurlarına sanksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Birliyinin Xarici işlər nazirləri Şurası bu gün Brüsseldə keçirdiyi iclasda Ukraynaya qarşı sanksiyaların tətbiq olunmasına dair qərar qəbul edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə AB diplomatiyasının rəhbəri Ketrin Eşton bildirib.        

“Biz Ukraynada hadisələrin inkişafı fonunda AB Şurasının instansiyalarından sanksiyaların həyata keçirilməsinə başlamağı xahiş edirik”, deyə Ketrin Eşton iclasdan sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, sanksiyalar viza məhdudiyyətləri və bank hesablarının dondurulmasını nəzərdə tutur.  

AB Şurasının üzvləri həmçinin repressiya məqsədləri üçün hərbçi və polis tərəfindən istifadə edilə biləcək xüsusi təyinatlı avadanlıqların Ukraynaya ixracının dayandırılmasına dair qərar veriblər. 

Qaynar.info