Xəbər lenti

Avropa çempionatı: Azərbaycan millisi 1/4-ə çıxa biləcəkmi?
İdman09:14 01.06.2026

Avropa çempionatı: Azərbaycan millisi 1/4-ə çıxa biləcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.
Qaynarinfo xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub:
Bosniya və Herseqovina - Macarıstan 2:2 (p. - 2:3)
Bolqarıstan - Fransa 6:1
Polşa - Gürcüstan 1:1 (p. - 2:3)
Ukrayna - Portuqaliya 3:1
Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.