
Mövsümü "qızıl dubl"la başa çatdıran "Qarabağ" istirahətə buraxılıb.
Qaynarinfo.az xəbər verir ki, komandada heyətlə bağlı müqavilələr də rəsmiləşib.
Komandada müqaviləsi başa çatan Ansi Aqolli, İlqar Qurbanov, Əfran İsmayılov, Muarem Muaremlə müqavilələr yenilənib. Adı çəkilən futbolçular növbəti mövsümdə də Ağdam komandasının şərəfini qoruyacaq.
Albaniya millisinin üzvü Ansi Aqollinin "Qarabağ"da qalması isə o deməkdir ki, iyunda Fransada başlayacaq Avropa çempionatında Azərbaycan klubunun futbolçusu da olacaq.
Qaynarinfo.az