Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik vəzifəsindən istefa verib.
Qaynarinfo xəbər verir ki, bu haqda ittifaqın rəsmi sayı məlumat yayıb. Məlumatda Alman Otto Knaitinger yekdilliklə müvəqqəti prezident seçildiyi açıqlanıb.
Soloveyçik açıqlamasında istefası ilə bağlı bunları deyib:
"Bu gün Avropada bütün insanlar, o cümlədən Avropa Cüdo İttifaqı görünməmiş faciəvi vəziyyətlə üzləşib. Qardaş ölkələrdə insanların necə öldüyünü ürəyimizdə ağrı ilə görürük. Biz insan iztirablarının sona çatması üçün Allaha dua edirik. Cüdo həmişə sülh üçün beynəlxalq güc olub. Avropa Cüdo İttifaqı insani dəyərləri gücləndirmək üçün ardıcıl addımlar atır. Bu, həmişə olub və əminəm ki, olacaq! Bu inanılmaz çətin siyasi vəziyyətdə, biz həmişəkindən daha güclü olmalı və birləşməliyik. İnanıram ki, sıralarımızda birliyi qorumaq üçün Avropa Cüdo İttifaqının prezidenti vəzifəsindən getməliyəm. Siz məni uzun illərdir tanıyırsınız və ürəyimin cüdoya aid olduğuna heç kim şübhə etmir. Lakin bu da bir həqiqətdir ki, o, mənim vətənim Rusiyaya məxsusdur. Biz cüdoçular həmişə öz prinsiplərimizə sadiq olmalıyıq. Əminəm ki, xoş niyyət qalib gələcək. Sizi, əziz dostlarımı və həmkarlarımı, emosiyaları bir kənara qoymağa çağırıram. Bu, indi bizi sıxır və itirilmiş sülhü qəlblərimizə qaytarmağa başlamaq üçün güc tapır".
Bundan əvvəl Avropa Cüdo İttifaqı Orenburqda keçiriləcək Avropa Kuboku - 2022-ni ləğv edib. Həmçinin Rusiya Cüdo Federasiyasının idman direktoru Kirill Denisov RİA Novosti-yə bildirib ki, Polşa ölkənin hava məkanını bağladığına görə rusiyalı idmançılar Varşavadakı turnirə uçmayıblar.
Səbuhi Həsənov