Xəbər lenti

"Avropa İttifaqı bir dövlətin girovluğundadır" - Litvanın XİN başçısı
Dünya10:55 16.05.2022

"Avropa İttifaqı bir dövlətin girovluğundadır" - Litvanın XİN başçısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın Rusiyadan gələn enerji resurslarına, xüsusən də neftə qarşı sanksiyaların tətbiqinə razılıq verməkdən imtina etməsi səbəbindən Avropa İttifaqı faktiki olaraq bu ölkənin qərarlarının girovuna çevrilib.
Qaynarinfo LRT-yə istinadə xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
"Bu qərarlar sayəsində biz irəliləməyi bacaran və Rusiyaya çox aydın siqnal göndərə bilən bir cəmiyyət kimi yadda qalacağıq. Yaxud da zamanla oynayan biri kimi. Təəssüf ki, indi bütün blok bir üzv dövlətin girovluğundadır, bu dövlət konsensus tapmağımıza kömək etmir”, deyə nazir bildirib.
Onun sözlərinə görə, həll yollarından biri Ukraynanın Rusiya neft və qazından ayrılmasına kömək etmək ola bilər:
"Çünki bizə konsensus tapmaqda kömək edə bilməyən üzv dövlət Ukraynadan tədarükdən asılıdır. Deməli, Ukraynadan tədarük dayandırılsaydı, sanksiyalar məsələsi də həll olunacaqdı".
Nizami Bağırov