Xəbər lenti

Avropa İttifaqı "Brexit" barədə ümidsizdir
Dünya14:54 06.03.2019

Avropa İttifaqı "Brexit" barədə ümidsizdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının rəsmiləri "Brexit" probleminin həlli üçün çıxış yolu olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, İngiltərə hökuməti və Avropa İttifaqı arasında imzalanan "Brexit" razılaşmasına görə, Britaniya 29 martda Aİ-ni tərk edəcək. Lakin İngiltərə baş naziri Tereza Mey hələ də əldə edilmiş razılaşmanı parlamentdə təsdiq etdirə bilməyib. Meyin parlamentdən növbəti dəfə rədd cavabı alacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Britaniya Aİ-ni razılıq əldə etmədən tərk etsə, ölkə iqtisadiyyatına böyük zərər dəyəcək.
Gülşən