Xəbər lenti

“Avropa İttifaqı ilə danışıqlar üçün mandat gözləyirik”
Dünya15:52 16.05.2016

“Avropa İttifaqı ilə danışıqlar üçün mandat gözləyirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Biz Aİ ilə strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqların başlanması üçün mandatın verilməsini gözləyirik”.

 Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, qarşı tərəfdə bununla bağlı daxili proses gedir. “Onlar bura gəldilər, fikir mübadiləsi apardıq. Sonra video-konfrans oldu. Daha sonra məktubla müəyyən suallar göndərdilər. Aİ tarixində ilk dəfərdir ki, əməkdaşlıqla bağlı təklif verir. Ona görə bu, zaman tələb edir. Hər tərəfin özünəməxsus sualları var. Düşünürəm ki, yaxın vaxtlarda mandat veriləcək və danışıqlar başlayacaq”. 

Qaynarinfo.az