Xəbər lenti

Avropa İttifaqı Kiyevə namizəd statusu üçün sorğu vərəqəsini təqdim etdi
Dünya18:09 08.04.2022

Avropa İttifaqı Kiyevə namizəd statusu üçün sorğu vərəqəsini təqdim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının sədri Ursula fon der Leyen prezident Vladimir Zelenskiyə Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi üçün zəruri addım olan anketi rəsmən təqdim edib.

Qaynarinfo "Evropeiskaya Pravda”ya istinadla xəbər verir ki, mərasim Kiyevdə Zelenski ilə danışıqlardan sonra baş tutub.

"Bu sorğu vərəqəsi Avropa Komissiyasının yekun qənatə gəlməsi üçün müzakirə prosedurunun başlamasına əsasdır" - AK prezidenti deyib.

Prezident fon der Leyen aydınlaşdırıb ki, bu, sürətləndirilmiş prosedurdur, çünki Ukrayna ilə Aİ arasında münasibətlər o qədər inkişaf edib ki, Brüsselin cavaba ehtiyacı yoxdur.

"Biz bir-birimiz haqqında çox şey bilirik. Buna görə də, anketi doldurma həmişəki kimi illər deyil, həftələr çəkəcək", o deyib.

Zelenski fon der Leyenin dediklərinə cavab olaraq əlavə edib: "Bir həftə ərzində cavablara hazır olacağıq” dedi.

Ursula von der Leyen, AB-nin namizəd statusu vermək üçün nə vaxt siyasi qərar verə biləcəyi ilə bağlı dəqiq tarix deməyib.
Aydın
Qaynarinfo