Xəbər lenti

Avropa İttifaqı
Dünya 12:39 15.01.2026

Avropa İttifaqı "Rosneft" üçün qiymət "tavanı"nı yenidən aşağı saldı

Avropa İttifaqı birlik daxilində istifadəsinə icazə verilən Rusiya nefti üçün qiymət "tavanını" (limitini) növbəti dəfə aşağı salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında yerləşdirilən fərmanda deyilir.

Sənədə əsasən:
31 yanvar 2026-cı il tarixinədək bir barel üçün qiymət 47,6 dollar səviyyəsində qalır;
1 fevral 2026-cı il tarixindən etibarən isə qiymət 44,1 dollara düşməlidir.
Eyni zamanda, 16 aprel 2026-cı il tarixinədək keçid dövrü müəyyən edilib. Bu müddət ərzində, 1 fevral 2026-cı il tarixinədək bağlanmış müqavilələr üzrə hələ də 47,6 dollar qiyməti ilə ödəniş etməyə icazə verilir.

Məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı davam edən genişmiqyaslı müdaxiləsi fonunda tətbiq edilib.

Xatırladaq ki, 2025-ci ilin 3 sentyabr tarixindən etibarən Rusiya nefti üçün qiymət limiti əvvəlki 60 dollar əvəzinə 47,6 dollar təşkil edirdi.

Alpər
--> -->