Avropa İttifaqı iyulun 1-dən etibarən sərhədlərini ittifaqdankənar ölkələr üçün açmağa hazırlaşır. Lakin ABŞ, Rusiya, Braziliya və Qətər kimi ölkələrin hələlik siyahıdan kənarda qalacağı gözlənilir.
Qaynarinfo xarici mətbuata istinadən xəəbr verir ki, Brüsselin hazırladığı siyahıda sərhədlərin bağlı saxlanılması nəzərdə tutulan 54 ölkənin adı var. Buna səbəb həmin ölkələrdə yoluxmaların sayının yüksək olmasıdır. Avropalı alimlər bu baxımdan ABŞ-ı təhlükəsiz hesab etmirlər. Almaniyanın Marşal Fondunun mütəxəssisi Kristin Berzina bu sanitar-epidemioloji tədbirin siyasi nəticələr doğurmayacağına ümid etdiyini bildirib.
"ABŞ vətəndaşlarının 1 iyuldan etibarən Avropaya buraxılmaması qərarı Vaşinqtona qarşı hesablanmış siyasi qərar deyil. Elmi prinsiplərə söykənir. Bu, Braziliya və Rusiya kimi infeksiyanın əhəmiyyətli dərəcədə yayıldığı ölkələrə də aiddir. Əgər ABŞ rəqəmləri aşağı salsa, səyahətlərin bərpa edilməsi barədə qərar veriləcək".
Camal