
Avropa İttifaqı bu gündən etibarən 80 desibeldən yüksək səs çıxaran və 900 vatdan çox enerji xərcləyən tozsoranların istehsalına və satışına qadağa qoyur.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı rəsmi internet səhifəsində bu barədə açıqlama verərək bildirib ki, anbarlardakı bu növ məhsullar bitəndən sonra artıq satılmayacaq.
1 avqustda yayımlanan bildirişdə qeyd edilmişdi ki, artıq daha az enerji xərcləyən və daha yaxşı təmizləyən tozsoranlar vitrinlərdə yerini alacaq. Nəticədə, istifadəçilər bir tozsoranın yararlı olduğu dövrdə 70 avro, Avropada isə 2020-ci ilə qədər 20 milyard kilovatsaat enerjiyə qənaət ediləcək. Bu miqdar Belçikanın bir ildə istifadə etdiyi enerjiyə bərabərdir.
Avropa ətraf mühit bürosu isə açıqlama verərək qeyd edib ki, tozsoranların istifadə etdiyi enerji miqdarının yüksək olması bu texnikanın daha effektiv işləməsi demək deyil.
Gülşən
Qaynarinfo.Az