Xəbər lenti

Avropa İttifaqı "Twitter"i sanksiya ilə hədələyib
Dünya16:41 17.12.2022

Avropa İttifaqı "Twitter"i sanksiya ilə hədələyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı milyarderə və "Twitter" sahibinə jurnalistlərin bloklanmasına görə mümkün sanksiyalar barədə xəbərdarlıq edib. İlon Mask media azadlığını qoruyan Aİ qanunvericiliyində "qırmızı xətləri" keçmək riski daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa komissarı Vera Yurova bildirib.
"Twitter"də jurnalistlərin fəaliyyətinin özbaşına dayandırılması xəbəri həyəcan vericidir. Aİ Rəqəmsal Xidmətlər Aktı media azadlığına və əsas hüquqlara hörmət tələb edir. Bu, bizim Media Azadlığı Aktımızla gücləndirilir. İlon Mask bunu bilməlidir. Qırmızı xətlər var. Tezliklə sanksiyalar (ardınca gələcək)”, deyö Avropa komissarı Vera Yurova "Twitter" hesabında yazıb. 
Daha əvvəl "Twitter" aparıcı ABŞ mediasının müxbirlərini bloklayıb. Onların arasında CNN, "The Washington Post", "The New York Times" və "Mashable" var.
Avropa komissarının xəbərdarlığından sonra Mask jurnalistlərin hesablarını blokdan çıxarıb. 
"Xalq sözünü dedi. Mənim yerimi müəyyən edən hesabların bloklanması indicə aradan qaldırıldı”, deym o, dekabrın 17-də bir gün əvvəl başlatdığı sorğuya istinad edərək yazıb.
Bloklama Avropa ölkələrinin rəsmiləri tərəfindən Maskın tənqidinə səbəb olub.
Almaniya Xarici İşlər Nazirliyi "Twitter"də bildirib ki, "mətbuat azadlığı istənilən vaxt yandırılıb-söndürülə bilməz”. 
Nazirlik qadağan olunmuş hesabların skrinşotlarını yerləşdirərək əlavə edib: "Aşağıda sadalanan jurnalistlər artıq bizi izləyə, şərh yaza və tənqid edə bilmir. Bununla bağlı problemimiz var, "Twitter".
Böyük Britaniyanın Baş nazir Rişi Sunakanın sözçüsü bildirib ki, "sosial media platformalarının kimə məxsus olmasından asılı olmayaraq, onlar öz istifadəçilərini və söz azadlığını qorumaq arasında tarazlıq yaratmalıdırlar”.
"The Washington Post" yazıb ki, Maskın sosial şəbəkənin yeni qaydalarını elan etdiyi gündən bir gün sonra jurnalistlərin hesabları bloklanıb. "Twitter” insanların yerinin müəyyən edilməsi ilə bağlı məlumatların dərcini qadağan edib.
Nəşr ehtimal edir ki, bloklanma Maskın tvitləri ilə əlaqələndirilir, burada iş adamı "Əgər kimsə "The New York Times" jurnalistlərinin yeri və ünvanları barədə məlumatı açıqlasaydı, FTB təhqiqat açacaqdı, Kapitolda dinləmələr başlayacaqdı və Bayden demokratiyanın sonu haqqında çıxışlar edəcəkdi".
"Twitter" jurnalistlərin hesablarının bloklanmasının səbəblərini açıqlamayıb. Şərhlərinin birində Mask yazıb ki, "bütün gün məni tənqid etmək mükəmməldir, amma real vaxtda yerimi müəyyən etmək və ailəmi təhlükəyə atmaq belə deyil".
"The Washington Post" yazır ki, bloklanan hər bir jurnalist İlon Mask da daxil olmaqla məşhurların təyyarələrini izləmək üçün botlar yaradan 19 yaşlı istifadəçi Cek Svininin hekayəsini işıqlandırıb. Onun hesabları da əvvəllər bloklanıb.
Nizami Bağırov