Avropa İttifaqı Ukraynaya hərbi yardımı daha 500 milyon avro artıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında
məlumat verib.
Prezident qeyd edib ki, Avropa İttifaqı qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin təklifi ilə Avropa Sülh Fondundan daha 500 milyon avro ayırmağı planlaşdırır.
"Tezliklə təsdiqləndikdən sonra Ukraynaya hərbi texnika üçün Aİ-nin verdiyi dəstək 1,5 milyarda çatdıracaq", deyə Mişel əlavə edib.
Qeyd edək ki, bu gün Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ukraynanın paytaxtı Kiyevə səfəri başlayıb.