Xəbər lenti

Avropa İttifaqında ən çox yaşama icazəsi verən ölkə hansıdır?
Dünya18:12 27.10.2019

Avropa İttifaqında ən çox yaşama icazəsi verən ölkə hansıdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının Statistika Agentliyi olan Eurostatın hesabatında bildirilir ki, son bir ildə Polşa İttifaqa daxil ölkələr arasında ən çox yaşama icazəsi verib.
Qaynarinfo xəbər verir ki, sözügedən dövrdə Polşa 635 min yaşama icazəsi verib. Bu da bütün Avropa İttifaqı üzrə ümumi verilmiş icazələrin 20 faizini təşkil edir. 
Müqayisə üçün qeyd edək ki, Almaniya 544 min icazə ilə ikinci yerdədir. Sonrakı yerlərdə Birləşmiş Krallıq, Fransa, İspaniya, İtaliya və İsveçdir.