Xəbər lenti

Avropa İttifaqında qış saatı ləğv oluna bilər
Dünya13:21 31.08.2018

Avropa İttifaqında qış saatı ləğv oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının prezidenti Jan Kloud Yunker Avropa İttifaqında ildə 2 dəfə tətbiq edilən saat dəyişikliyinin ləğvini istəyir.
Qaynarinfo xəbər verir ki, Almaniyanın ZDF kanalına açıqlama verən Yunker anket sorğularına görə insanların yay saatının daimi tətbiqini istədiyini dilə gətirib. Avropa Komissiyasının bu gün qərar qəbul edəcəyi gözlənilir. Daha sonra üzv ölkələr və Avropa Parlamentinin qərarı təsdiqi lazımdır. 
Qeyd edək ki, yay və qış saatı 1981-ci ildən bəri Avropa İttifaqı ölkələri tərəfindən tətbiq edilir. 4 iyul-16 avqust tarixlərində keçirilən sorğuda 4,6 milyon nəfər iştirak edib və əksəriyyət yay vaxtının tətbiqinə səs verib.
Gülşən