Xəbər lenti

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar
Dünya09:18 06.09.2014

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini təxirə salmamağı qərara alıb.

APA-nın “censor.net” saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 8-də Rusiyaya qarşı yeni sanksiyaların təcili şəkildə tətbiq olunması barədə qərar qəbul edilib. 

Avropa İttifaqının saytında Aİ Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun qərar barədə açıq məktubu dərc olunub. Onlar bildiriblər ki, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi sentyabrın 5-də COREPER (üzv ölkələrin Brüsseldəki səfirləri) səviyyəsində razılaşdırılıb. 

Xarici işlər nazirlərinin görüşünü gözləmədən həftənin birinci günü bu paket yazılı prosedurla rəsmən qəbul olunacaq. Sanksiyalar Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişdirməyə yönəlib. 

Xatırladaq ki, sentyabrın 5-də Ukrayna hökuməti ilə ölkənin şərqindəki separatçılar arasında imzalanan atəşkəs protokolundan sonra Aİ-nin Rusiyaya qarşı sanksiyaları təxirə salacağı bildirilmişdi.

Qaynar.info