Dünya 10:36 26.08.2022

Avropa İttifaqının daxil olduğu payız.. - Cudi Dempsi

Qaynarinfo Karnegi Avropa Mərkəzinin baş elmi işçisi və "Strateji Avropa” bloqunun baş redaktoru Cudi Dempsinin yazısını təqdim edir

Avropanı çox şətin payız gözləyir

İttifaq, daxili böhranların diqqəti xarici problemlərin strateji həllindən yayındırmasına imkan verməməlidir.

Bəli, payız Avropa liderləri üçün fərqlənəcək. Avropa İttifaqı qurumlarının yay tətilinə çıxmasından əvvəl mövcud olan problemlər aradan qalxmayıb. Və gündəmdə yeniləri var.

Rusiyanın Ukraynadakı müharibəsi davam edir. Bunun sonu, hətta diplomatiyanın da hər hansı bir rol oynayacağı ehtimalı yoxdur. Dağıntılar davam edir və qurbanların sayı artır, o cümlədən məcburi köçkünlərin sayı, milyonlarla insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Bütün bunlar Aİ sərhədlərində baş verir.
Rusiya Avropaya qaz tədarükünü kəsməkdə davam etdikcə enerji böhranı da davam edir. Moskvanın məqsədi enerji daşıyıcılarından geosiyasi və siyasi silah kimi istifadə etməkdir. Enerji qiymətləri artdıqca, istehlakçılara xərcləri azaltmaq üçün Avropa hökumətlərinə təzyiqlər də artacaq.

Bu qiymətlərin təsiri hələ də nəzərəçarpacaq mənfi siyasi nəticələrə gətirib çıxarmayıb. Bu, prezident Vladimir Putinin ümid etdiyi təsir növüdür. Kreml enerji böhranına görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını günahlandıra bilər. İndiyədək ittifaq sanksiya siyasətində vahid mövqedən çıxış edib. Enerji qiymətlərinin artması bunu dəyişə bilər.

Məhz buna görə də İtaliyada baş verən siyasi böhran əhəmiyyətlidir.

Mario Draqinin Baş nazir kimi qısa müddət ərzində qazandığı etimadından sonra ifrat sağçı, Rusiyaya dost hökumətin Romada hakimiyyəti ələ keçirməsi ehtimalı Avropa İttifaqı liderlərini narahat etməlidir.

Aİ-nin əsas iqtisadi gücü kimi İtaliyanın taleyi Rusiyadan asılı olmasa da, onun tərəfindən yaxından izlənilir. Putinə mühüm AB ölkəsində parçalanma lazımdır. Roma asan ov ola bilər. Avropa hökumətləri yüksək enerji qiymətlərinin inflyasiya ilə birləşən təsirinin İtaliyada və digər ölkələrdə daxili ictimai rəyə necə təsir edəcəyini düşünmürlər, hələ mən avrozona iqtisadiyyatlarının kövrəkliyini demirəm. 

Bu dinamikanı nəzərə alaraq, Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek ölkənin qaz anbarlarını qış gələnə qədər doldurmaq üçün mümkün qədər çox qaz alır.

Onun kansler Olaf Şoltsla birlikdə Kanadaya üç günlük səfəri təkcə alternativ enerji mənbələrinin tapılması ilə bağlı deyil (Almaniya Rusiya qazından uzunmüddətli asılılığının bədəlini nəhayət ki, başa düşüb). Bu səfər həm də Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinlə, xüsusən sonuncunun Tayvana qarşı niyyətləri ilə sınağa çəkilən Qərbə dəstək məqsədi daşıyır. 

Pekin və Taypey arasındakı gərginlik Çin və ABŞ arasındakı münasibətlərin təhlükəli vəziyyətini əks etdirir. Bu, sadəcə rəqabətə və iki tamamilə fərqli dəyər sisteminə əsaslanan münasibət deyil. Bu, Cənub-Şərqi Asiya ölkələri də daxil Qərbi daha da parçalayacaq, ya da Çinə gəldikdə Qərb hökumətlərini strateji hərəkət etməyə inandıracaq. 

Strategiya Avropanın güclü tərəfi sayılmır. Aİ-nin Qərbi Balkanlardakı təcrübəsinə baxın. NATO-ya Serbiya və Kosovo arasında Şimali Kosovo sakinlərinin neytral sənədlərdən və avtomobil nömrələrindən istifadə müddətinin başa çatması ilə əlaqədar bir daha yaranmış son təhlükəli qarşıdurmaya son qoymağa çalışmaq tapşırılıb.

Çinə gəlincə, Aİ Pekinə münasibətdə siyasətini bir qədər dəyişib. Çinin iqtisadi, siyasi və investisiya təsiri və ya onun aqressiv avtoritar ideologiyası ilə bağlı daha sadəlövhlük yoxdur. Lakin Avropa İttifaqının Pekin və bütün region üçün davamlı strategiyaya ehtiyacı var.

Cənubi Çin dənizində baş verənlər təkcə bir çox iqtisadiyyatlar və Avropanın Tayvanla artan ticarət əlaqələri üçün həyati əhəmiyyət kəsb edən kritik ticarət yollarına təsir etmir. Üstəlik, Asiyanın bu hissəsində təhlükəsizlik və sabitlik təhlükə altındadır.

Təhlükəsizlik böhranı və ya hərbi böhran gözləmək avropalılar üçün seçim deyil. Aİ, ABŞ, Kanada, eləcə də Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və regionun digər ölkələrinin Çinə qarşı reaktiv deyil, strateji birgə siyasət hazırlaması lazımdır.

Ola bilsin ki, bu, xüsusilə Bayden administrasiyasının Pekinə münasibətini nəzərə alsaq, özünü aldatmadır. Lakin ABŞ və Çinin mübahisələri və "silahla oynamaqları” Qərbi zəiflədəcək və Avropanı strateji çətinliyə salacaq.

Avropa İttifaqının daxil olduğu payız məhz belədir.

Mənbə: Carnegieeurope

Tərcümə: Nizami Bağırov