Xəbər lenti

Avropa İttifaqının ekoloji baxımdan ən çirkli ölkəsi açıqlandı
Dünya15:12 19.02.2022

Avropa İttifaqının ekoloji baxımdan ən çirkli ölkəsi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının (Aİ) Statistika Agentliyi (Avrostat) Bolqarıstanı ittifaqın ekoloji baxımdan ən çirkli ölkəsi adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yerləşdirilib. Avrostat biznes fəaliyyətinin bərpası ilə bağlı istixana qazları emissiyalarının artımını qeyd edib. Bolqarıstan artımın lideri olub - onun emissiyalarının həcmi ötən illə müqayisədə 22,7 faiz artıb. Ondan sonra 16,2 faiz artım Latviya və 13,1 faiz Yunanıstanda qeydə alınıb. Sloveniya, Lüksemburq və Hollandiyada emissiyalar 2020-ci ilin üçüncü rübü ilə müqayisədə azalıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Aİ siyasətçiləri bu onillikdə istixana qazı emissiyalarının azaldılması və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün hədəflər üzrə ikinci təkliflər paketini təqdim etdilər. Hədəfi yerinə yetirmək üçün Avropa İttifaqı 2030-cu ilə qədər təmiz istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 55 faiz azaltmalıdır.