Xəbər lenti

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi qarşısında etiraz aksiyası (VİDEO)
Dünya13:20 10.02.2022

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi qarşısında etiraz aksiyası (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi qarşısında etiraz aksiyası təşkil olunub. 
Qaynarinfo xəbər verir ki, aksiya iştirakçıları qurumu Ermənistandakı repressiyaları görməzdən gəlməkdə, buna göz yummaqda ittiham ediblər.
"Qanuni yol" Qeyri-Hökumət Təşkilatının (QHT) həmtəsisçisi Ruben Melikyan bildirib ki, Avropa İttifaqının nümayəndəliyi, xüsusən də onun rəhbəri Ermənistanda insan hüquqlarının pozulmasına, mətbuat işçilərinə qarşı olan repressiyalara, məhkəmədə hakimn müharibə qəhrəmanının azadlığa buraxılmasına qərar verdiyi üçün işdən azad olmasını susqunluqla qarşılayır. Bunun nəticəsi olaraq erməni xalqı bu quruma etimad göstərmir:
"Ermənistandakı Avropa İttifaqı nümayəndəsinin qalıb-qalmamağı sual altındadır. Çünki onun Ermənistandakı vəziyyətə belə laqeyd yanaşması buna əsas verir. Biz haqlı olaraq ölkəmizdə baş verən biabırçılıqlara görə Avropanı günahlandırırıq. Siz Ermənistanda Avropanı təmsil etmirsiniz, çünki Avropa bu deyil".
Telman
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/WXnj6Svw8p8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">