Avropa İttifaqı diplomatik missiyasının əməkdaşı Gürcüstanın şərqində 15 yaşlı yeniyetməni maşınla vuraraq öldürüb.
Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Novosti-Qruziya”ya Gürcüstan XİN-in mətbuat və kommunikasiya departamentinin rəhbəri Mari Narçemaşvili bildirib.
Qəza Misaktsieli kəndində (Mtsxeta-Mtianeti, Şimali Gürcüstan) ötən bazar baş verib.
“Məlumat artıq XİN-ə daxil olub. Hüquq-mühafizəçiləri işləyirlər, bizim nazirlik də bu işə qoşulub”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Yol hərəkəti qaydalarının təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarının pozulması üzrə cinayət işi qaldırılıb. Qəzanın səbəbkarı dörd ildən altı ilədək həbs cəzası ala bilər.
Qaynar.info