
Münaqişənin dinc həlli yolunun axtarışı üzrə görülən işlərin əhəmiyyəti qeyd edilib
Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nalbandyan və Lefort Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər və ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin dinc həlli yolunun axtarışı üzrə gördükləri işlərin əhəmiyyətini qeyd ediblər.
Filip Lefort həmçinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüb. Tərəfləri maraqlandıran məsələlər, o cümlədədn Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Qaynar.info