Dünya 11:58 10.11.2022

Avropa İttifaqının rəhbəri qurum ölkələrini qazı birgə almağa çağırdı

Avropa İttifaqı ölkələrinin qazı birgə alması mexanizmini işə salmağın vaxtı çatıb. 

Qaynarinfo "İnterfaks"a istinadla xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə Avropa Parlamentinin plenar iclasında bildirib.

Onun sözlərinə görə, məcburi ehtiyatların 15%-i məcburi birgə tenderlərin predmetinə çevrilməli, ümumi satınalmaların qalan hissəsi isə könüllü olacaq. Mişel əlavə edib ki, "Norveç və ABŞ kimi etibarlı tərəfdaşlarla səmərəli və tez danışıqlar aparmaq lazımdır", - "İnterfaks" yazır.

Siyasətçi vurğulayıb ki, "Aİ-nin firavanlığı və iqtisadi təhlükəsizliyi həm də tərəfdaşların firavanlığı və iqtisadi təhlükəsizliyinin açarıdır”, ona görə də "danışıqlar təxirə salınmadan irəliləməlidir”. Onun sözlərinə görə, beynəlxalq bazarda qazın qiyməti avqust ayından etibarən xeyli düşüb, lakin Ukrayna hadisələrindən əvvəlkindən xeyli yüksək olaraq qalır. Ehtimal olunur ki, birgə satınalmalar tədarükün təhlükəsizliyini təmin etməklə yanaşı, qiymətləri də aşağı salacaq.

O, həmçinin xatırladıb ki, Komissiyaya təbii qaz sövdələşmələrində qiymət dəyişkənliyini mümkün qədər tez azaltmaq üçün dinamik qiymət dəhlizinin işlənib hazırlanması tapşırılıb və vurğulayıb ki, Avropa Şurası Avropa Komissiyasından elektrik enerjisi istehsalı üçün qazın qiymətini müvəqqəti olaraq məhdudlaşdırmaq təklifini səbirsizliklə gözləyir.

Alpər