Xəbər lenti

Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxdu
Dünya20:09 03.01.2025

Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen pnevmoniyaya (ağciyər iltihabı) yoluxub və yanvarın ilk iki həftəsi vəzifəsini icra etməyəcək.

Report xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker "PAP” agentliyinə açıqlamasında deyib.

Qeyd olunub ki, nəticədə Ursula fon der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.