Xəbər lenti

Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
İdman15:01 08.05.2022

Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Qaynarinfo-nun məlumatına görə, 70 kq çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemayma Yeyts-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq, medalsız qalıb.
78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velandla (Niderland) bacarmayıb.
Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşğanlı (63 kq) üçüncü yeri tutub.