
Avropa məhkəməsi Fələstinin hərbiləşmiş siyasi partiyası "Həmas"ı terror təşkilatı kimi tanıyıb.
"Qaynarinfo" "Guardian"a istinadən xəbər verir ki, bu qərar 2001-ci ildə verilmiş, lakin 2014-cü ildə kifayət qədər sübut olmadığı irəli sürülmüş və "Həmas"ın adı siyahıdan çıxarılmışdı. Avropa İttifaqı ölkələri bu qərarı dəstəkləsə də, Britaniya bu siyahıya daxil deyil.
Qeyd edək ki, "Həmas" təşkilatı 2007-ci ildən bəri Qəza bölgəsində İsrail hökümətinə qarşı mübarizə aparır. İsraillə "Həmas" arasında baş verən 3 müharibədə böyük dağıntılar qeydə alınıb və 2 mindən çox insan dünyasını dəyişib.
Gülşən
Qaynarinfo.Az