Xəbər lenti

Avropa Məhkəməsində baxılan işlərin təxminən üçdə ikisi bu üç dövlətə aiddir
Dünya09:28 26.01.2024

Avropa Məhkəməsində baxılan işlərin təxminən üçdə ikisi bu üç dövlətə aiddir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İnsan Haqları Məhkəməsində baxılan işlərin təxminən üçdə ikisi üç dövlətə aiddir.
Qaynarinfo xəbər verir ki, "Yevropeyska pravda"nın Strasburqdan olan müxbirinin verdiyi məlumata görə, bu barədə Məhkəmənin sədri Siofra O'Liri danışıb. 
Ötən il ərzində Məhkəmə baxılan işlərin sayını əhəmiyyətli dərəcədə azaltmağa nail olub - 74,5 mindən çox işdən reyestrdə təxminən 68,5 min iş qalıb.
Eyni zamanda, Türkiyə AİHM-də işlərin sayına görə şəksiz "lider” olaraq qalır və ona qarşı şikayətlərin sayı sürətlə artır. Belə ki, Türkiyəyə qarşı 23 400 ərizə verilib, yəni AİHM reyestrindəki bütün müraciətlərin 34%-dən çoxu. Strasburqda Türkiyə hökumətinə qarşı ən çox yayılmış şikayət 2016-cı ildə çevriliş cəhdindən sonra "gülənçilərlə” bağlıdır. 
"Bu işlərin 96 faizi çevrilişdən sonrakı vəziyyətlərlə bağlıdır", - O'Liri bildirib.
İşlərin daha 31%-i Rusiya və Ukraynaya qarşı şikayətlərdir.
Rusiya Federasiyasının 2022-ci ildə Avropa Şurasından çıxarılmasına baxmayaraq, Moskva onun üzvlüyü zamanı yol verilmiş pozuntularla bağlı işlərə görə məsuliyyət daşıyır. Ona görə də Rusiyaya qarşı yeni şikayətlər daxil olur. İndi Rusiya Federasiyası reyestrdə işlərin sayına görə ikinci yerdədir - 12 450 (18,2%).
Reyestrdə Ukrayna qarşı 8750 (ümumi sayının 12,8%-i) iş var. Məhkəmə sədri vurğulayıb ki, genişmiqyaslı işğal Ukraynaya qarşı işlərin ümumi mənzərəsini dəyişməyib. 
Nizami Bağırov