Xəbər lenti

Avropa ölkələri qaz təchizatı şokuna hazırlaşır
Dünya08:08 17.05.2022

Avropa ölkələri qaz təchizatı şokuna hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Birliyi ölkələri Rusiya qazının tamamilə dayandırılması vəziyyətinə hazırlaşmağa çağırılıb.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni proqram sənədində deyilir. 
Rusiyanın aprel ayında Polşa və Bolqarıstana qaz nəqlini dayandırmasından sonra komissiya digər ölkələri rus qazının təchizat şokuna hazırlaşmağa çağırıb. 
Rusiyanın Avropaya qaz nəqlinin qəfil dayanması Avropa bazarında yüksək qaz qiymətləti və bəzi ölkələrdə qaz çatışmazlığı problemi yaradacaq.
Avropa Komissiyası yeni proqram sənədində böhranı idarə etmək üçün görülməli olan tədbirləri açıqlayıb. Komissiya Avropa Birliyinə gələn qaza tənzimlənən maksimum qiymət limiti qoymağı təklif edir. 
"Qazın qiymətinin məhdudlaşıdırılması həll deyil”, - Almaniya Yaşıllar Partiyasından Mixael Bloss deyib. 
Akademiklər də qaz qiymətlərinin məhdudlaşdırılmasının neqativ təsirləri olacağı ilə bağlı xəbərdarlıq ediblər. Onlar bildirir ki, qaz qiymətinin məhdudlaşdırılması anbarları boşaldacaq və şirkətləri onları doldurmaq üçün həvəsdən salacaq.
Nurlan Hüseynov