Xəbər lenti

Avropa ölkəsi 10 ildə ilk dəfə ordusunun sayını artıracaq
Dünya 20:50 17.12.2024

Avropa ölkəsi 10 ildə ilk dəfə ordusunun sayını artıracaq

İspaniya hökuməti 10 ildən artıq müddətdə ilk dəfə olaraq ordu personalının sayını artıracaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət generalların, zabitlərin və kiçik zabitlərin sayı haqqında kral fərmanının, eləcə də əsgər və matroslarla bağlı nazir əmrinin hazırlanması prosesini başa çatdırır. Sənədlərin 2025-ci ildən 2029-cu ilə qədər olan dövrdə hərbi qulluqçuların sayını 7,5 min nəfər artırmağa imkan verəcəyi gözlənilir.

Növbəti 10 il ərzində İspaniya hakimiyyəti hərbi personalın sayını 20 min nəfər artıraraq 140 min nəfərə çatdırmaq niyyətindədir. Bu rəqəm 2007-ci il Hərbi Karyera Qanunu ilə müəyyən edilmiş hədddir.

Bu qərar beynəlxalq missiyalar, kosmik obyektlərin mühafizəsi, təbii fəlakətlər zamanı mülki müdafiə daxil olmaqla, artan vəzifələri yerinə yetirmək üçün ordunun imkanlarının genişləndirilməsi zərurəti ilə bağlıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->