Xəbər lenti

Avropa ölkəsində qeyri-adi qadağa: Evi 19 dərəcədən isti olanlar həbs ediləcək
Dünya10:04 07.09.2022

Avropa ölkəsində qeyri-adi qadağa: Evi 19 dərəcədən isti olanlar həbs ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrə hökuməti evlərin müəyyən temperaturdan yuxarı istiləşməsinə görə inzibati məsuliyyət tətbiq edib. Sakinləri həbs və ya cərimə gözləyir.
Bu barədə Qaynarinfo "Blick”ə istinadən xəbər verir.
Qazla qızdırılan binalarda otaq temperaturu maksimum 19 dərəcəyə qaldırıla, isti su yalnız 60 dərəcəyə qədər qızdırıla bilər. Bu halda qızdırıcıların istifadəsi qadağan ediləcək.
Həmçinin ölkə sakinlərinə sauna və hovuzları qızdırmaq qadağan edilib.
Rəsmilər qadağanı xəstəxanalar, doğum evləri və qocalar evləri üçün istisna edib.
Bu qaydaları pozan hər kəsi həbs və ya cərimə gözləyir. Qəsdən törədildikdə isə üç ilədək müddətə azadlıqdan məhrum etmə və ya cərimə nəzərdə tutulur. Tədbirlərin səhlənkar pozulmasına görə belə, gündəlik 180 normaya qədər cərimə mümkündür. Bir norma təxminən 30 İsveçrə frankıdır, lakin ümumi məbləğ 3 min frankdan çox olmamalıdır.
Məhdudiyyətlərin tətbiqinə səbəb Rusiyaya qarşı sanksiyaların yaratdığı enerji böhranı və onların nəticəsində yaranan yanacaq çatışmazlığıdır.
Nizami Bağırov