Xəbər lenti

Avropa ölkəsindən rusiyalılara qadağa: Martın 11-dək...
Ölkə19:20 02.03.2024

Avropa ölkəsindən rusiyalılara qadağa: Martın 11-dək...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qeydiyyat nömrəli avtomobillər martın 11-dək Litva ərazisini tərk etməlidir, əks halda onlar müsadirə olunacaq.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki , bu barədə Litva gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Litvada hələ də Rusiya Federasiyasında qeydiyyatda olan avtomobilləri idarə edənlər var. Martın 11-dək onlar ya Litvada nəqliyyat vasitəsini qeydiyyatdan keçirməli, ya da Aİ-ni tərk etməlidirlər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Kalininqrad vilayətinə tranzitlə gedən və qayıdan avtomobillər istisnadır.
Xatırladaq ki, Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada istifadəsinə qadağa noyabrın 2-də qəbul edilib.