Xəbər lenti

Avropa Parlamenti Saxarov mükafatını Məhsa Əminə verdi
Dünya14:02 19.10.2023

Avropa Parlamenti Saxarov mükafatını Məhsa Əminə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Parlamenti İranda ölümü ilə kütləvi etirazlara səbəb olan Məhsa Əmin və bu ölkədə qadın hüquqları uğrunda mübarizə aparan "Qadın, Həyat, Azadlıq” hərəkatına fikir azadlığına görə Saxarov mükafatını verib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin məlumatında deyilir.
"16 sentyabr İranda Məhsa Əminin qətlindən bir il ötür. Avropa Parlamenti qürurla İranda bərabərlik, ləyaqət və azadlıq uğrunda mübarizəni davam etdirən cəsur və itaətkar insanların yanındadır. Biz həbsdə olarkən belə qadınlara, həyat və azadlığa dəstək verməyə davam edənləri dəstəkləyirik", deyən Avropa Parlamentinin sədri Roberta Metsola deputatların "azadlığın ən yüksək qiymətini ödəmiş bütün insanların xatirəsini ehtiramla yad etdiyini” qeyd edib.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmin 2022-ci ilin sentyabrında məcburi hicab geyinmə qaydalarına əməl etmədiyi üçün saxlanılıb. Üç gün sonra o, həbsxana kamerasında ölüb. Hadisə şahidləri və yaxınları bildiriblər ki, qız polis tərəfindən şiddətlə döyülüb və ölümünə səbəb onun aldığı xəsarətlər olub. Səlahiyyətlilərə görə, o, infarkt keçirib.
Əminin ölümü İranda son illərin ən böyük etirazlarına səbəb olub. Hüquq müdafiəçilərinin məlumatına görə, nümayişlərin vəhşicəsinə yatırılması nəticəsində azı 476 mülki şəxs öldürülüb, bir neçə fəal isə ölüm cəzasına məhkum edilib.
Mükafatlandırma mərasimi dekabrın 13-də Avropa Parlamentində baş tutacaq.
Ötən il Saxarov mükafatı Ukrayna xalqına və prezident Volodimir Zelenskiyə, 2021-ci ildə rusiyalı siyasətçi Aleksey Navalnıya, 2020-ci ildə Belarusun demokratik müxalifətinə verilib.
Nizami Bağırov