Bolqarıstanlı deputat 2000 avro cərimələnib.
Qaynarinfo Politico.ue saytına istinadən xəbər verir ki, buna səbəb bolqarıstanlı milliyyətçi deputat Angel Cambazkinin Avropa Parlamentində faşist salamı verməsi olub.
Avropa Konservativləri və Reformistləri qrupundan deputat Angel Cambazki bu hərəkəti fevral ayında Avroparlamentdə Avropa Birliyinin Avro Komissiyanın qanunun aliliyini pozan ölkələrə maliyyə yardımını kəsməsinə icazə verən məhkəmə qərarı ilə bağlı müzakirədən sonra edib.
Həmin vaxtı deputat məhkəmə qərarına etiraz etmiş, Bolqarıstan, Polşa və Macarıstan liderlərini tərifləyərək qərarın daha çox "milli dövlətlərə nifrətlə" bağlı olduğunu bildirmişdi.
Zalı tərk edərkən isə o, üzünü parlamentin sədrinə çevirərək faşist salamı verib.
Avropa Parlamentinin sədri Roberta Metsola bildirib ki, bu hərəkətinə görə Cambazki 6 günlük ödənişi miqdarında - 2028 avro cərimələnib.
"Bu hərəkət Avropa Parlamentinin şərəf və ləyaqətinə və reputasiyasına zərər vurub", - Avropa Parlamenti prezidentinin sözcüsü bildirib.
Angel Cambazki iddia edib ki, o, əslində sağollaşırmış və bildirir ki, qərarı məhkəmədə mübahisələndirəcək.
Nurlan Hüseynov
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//