Xəbər lenti

Avropa Parlamentinin komitələri Ukraynaya 50 milyard avro ayrılmasını təsdiqlədi
Dünya15:26 22.02.2024

Avropa Parlamentinin komitələri Ukraynaya 50 milyard avro ayrılmasını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Parlamentinin üç müvafiq komitəsi 2024-2027-ci illər üçün Ukrayna üçün 50 milyard avro məbləğində maliyyələşdirmə proqramını dəstəkləyib. 
Qaynarinfo xəbər verir k, qərar büdcə, xarici işlər və sənaye komitələri tərəfindən təsdiq edilib. 66 deputat lehinə, 5 deputat əleyhinə səs verib.
Ukraynanın maliyyələşdirilməsini yekunlaşdırmaq üçün qərar Avropa Parlamentinin bütün komitələri tərəfindən plenar iclasda təsdiqlənməlidir. Avropa Parlamentinin saytında yer alan tədbirlər təqviminə əsasən, görüş fevralın 27-də baş tutacaq. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell əmindir ki, Ukraynaya yeni maliyyə yardımı proqramı fevralın sonunadək təsdiqlənəcək. 
Ümumilikdə, Rusiya və Ukrayna arasında hərbi münaqişə başlayandan bəri Avropa İttifaqı Kiyevə təxminən 88 milyard avro, o cümlədən hərbi ehtiyaclar üçün 28 milyard avro göndərib.
2024-2027-ci illərdə Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayrılması Aİ-nin fevralın 1-də keçirilən sammitində razılaşdırılıb. Yardım layihəsi Ukrayna tərəfinin qrant şəklində 17 milyard avro və kredit şəklində 33 milyard avro alacağını nəzərdə tutur. Təsdiq olunmuş məbləğ Aİ büdcəsindən ayrıldığından Ukrayna silahlı qüvvələrinin hərbi ehtiyaclarına gedə bilməz.
Aydın