Xəbər lenti

Avropa Parlamentinin vitse-prezidenti həbs edildi
Dünya05:35 10.12.2022

Avropa Parlamentinin vitse-prezidenti həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Parlamenti sədrinin müavini Eva Kayli futbol üzrə Dünya Çempionatında korrupsiya ittihamı ilə saxlanılıb.
Qaynarinfo-nun xarici mediaya istinadən məlumatına görə, polis avroparlamentin Yunanıstandan seçilmiş deputatını Brüsseldə həbs edib.
Bir müddət əvvəl "France Soir” qəzeti güc strukturlarının Brüssel və ətraf kommunalarda 14 axtarış həyata keçirdiyini xəbər vermişdi. Qəzet yazır ki, məsələ ilə bağlı ilin əvvəlindən araşdırma aparılırdı. Saxlanan şəxs nüfuz təmsilçiliyi üçün Qətərdən rüşvət almaqda təqsirləndirilir.