Bir çox Avropa ölkəsində müşahidə edilən şaxtalı, qarlı hava şəraiti həyatı iflic edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, -10 dərəcəyə qədər düşən temperatur və qarlı hava Polşada 2 nəfərin ölümünə səbəb olub. Rumıniyada bir çox məktəbdə tətil elan edilib. İtaliyanın paytaxtı Romaya bu səhər çatan qar səbəbilə Yuventus-Atalanta futbol matçı təxirə salınıb.
Belçikada şiddətli soyuqlar səbəbilə "Sarı həyəcan" elan edilib.
Fransa Alpında Avoriaz xizək mərkəzində 10 yaşlı uşaq və ingilis turist dünyasını dəyişib.