Xəbər lenti

Avropa qaz bazarının itirilməsi Rusiyaya nə qədər ziyan vuracaq?
Dünya18:06 10.07.2023

Avropa qaz bazarının itirilməsi Rusiyaya nə qədər ziyan vuracaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin nəticələrinə görə, Avropa bazarının itirilməsi səbəbindən Rusiya büdcəsinə təxminən 28 milyard dollar qaz gəliri daxil olmayacaq. 
Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, belə hesablamanı "Vygin Consulting” agentliyinin analitikləri aparıblar.
Ekspertlərin fikrincə, bu il Rusiya Avropaya qaz nəqlinin həcmini 85 milyard kubmetrdən təxminən 60 milyard kubmetrə qədər azaldacaq. Bundan başqa, qazın qiyməti də azalacaq. Nəticədə "Qazprom” ötənilki 122 milyard dollar əvəzinə, cari ildə Avropa istiqamətində cəmi 30 milyard dollara yaxın gəlir əldə edəcək. Beləliklə, "Qazprom”un özünə təxminən 90 milyard, dövlətə isə 28 milyard dollar ödənilməmiş rüsumlar kimi zərər dəyəcək.
Onlar Çinə ixracın artması ilə bağlı itkiləri kompensasiya etmək istəyirlər - keçən il 15 milyard kubmetr, bu il 22 milyard kubmetr.
Üstəlik, dövlət öz itkilərini həm də "Qazprom"un vergi yükünün ümumi artımı hesabına kompensasiya etmək niyyətindədir.
Aydın