İyunun 19-25-də AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti pərdəarxası avropalı tərəfdaşlara ermənipərəst addımlar və bəyanatlarla bağlı 3 təkliflə çıxış edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "News.az” "Hraparak” qəzetinə istinadən
yazıb.
Qəzet mövzunu inkişaf etdirərək qeyd edir ki, söhbət, xüsusən də əsirlərin geri qaytarılmasından gedirdi. Amma hakim "Vətəndaş sazişi” partiyasındakı mənbə bildirdi ki, beynəlxalq partnyorlar deputatların təqdim etdiyi təkliflərlə, hazırlanmış mətnlə tanış olub və heç bir etirazlarının olmadığını bildiriblər. Lakin İrəvan Ermənistanın Avropa, yoxsa Rusiyanın yanında olmasına dair qərar verməyincə onlar heç bir məsələdə Ermənistanın maraqlarını müdafiə etməyəcəklər. Son zamanlar Avropa rəsmiləri Ermənistan hakimiyyətinin atdığı addımları onları "atmaq” cəhdi kimi qiymətləndirirlər. Buna görə də onlar Ermənistanı cəzalandırmaq qərarına gəliblər. Ən azından Ermənistanı kimin yanında olduğuna qərar verməyə və Rusiya ilə əlaqələri tamamilə kəsməyə sövq edirlər.
"AŞPA-da nümayəndə heyətinin üzvlərindən şərh almaq mümkün olmayıb”, - qəzet qeyd edir.
Nizami Bağırov