Xəbər lenti

Avropa Rusiyanı iqtisadi şantajda ittiham etdi: “Bunun bəraəti yoxdur”
Dünya12:39 27.04.2022

Avropa Rusiyanı iqtisadi şantajda ittiham etdi: “Bunun bəraəti yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa və Bolqarıstan Rusiyanı bu ölkərə qaz nəqlini dayandırdığına görə şantajda ittiham edib.
Qaynarinfo BBC saytına istinadən xəbər verir ki, Rusiya qazını qəbul edən Polşa enerji şirkəti qaz nəqlinin dayandırılmasına görə kompensasiya tələb etmək haqqını saxladığını bildirib.
Şirkət bunun üçün müqavilə şərtlərindən irəli gələn və digər bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib.
Polşa prezidenti Andrej Duda isə müvafiq qanuni addımları atacaqlarını deyib.
Polşa alternativ mənbələrdən qaz ala biləcəyini deyib. Ölkə hazırda Qətərdən mayeləşdirilmiş təbii qaz alır. Həmçinin ölkənin qaz ehtiyatı anbarının 80% dolu olduğu bildirilir.
Bolqarıstan baş naziri Kiril Petrov da hazırda ölkəsinin Qazpromla bütün müqavilələri yenidən nəzərdən keçirdiyini bildirib. O, birtərəfli şantajın qəbul edilməz olduğunu deyib.
Bolqarıstan maliyyə naziri Aleksandr Nikolov isə Rusiyanı təbii qazdan iqtisadi siyasi silah kimi istifadə etməkdə günahlandırıb.
Bolqarıstanın Rusiya qaz idxalından asılılığı 90%-dir.
Avropa Komissiyası rəhbəri Ursula Von der Leyen də Rusiyanın qaz nəqlini dayandırmasını bəraəti olmayan və qəbuledilməz adlandırıb. O bunun Rusiyanın etibarlı qaz tədarükçüsü olmadığını göstərdiyini deyib.
Bununla belə, Leyen Avropanın bu senariyə hazır olduğunu bildirib. O Avropa liderlərinin alternativ mənbələrin çatdırılması və mümkün ən yaxşı ehtiyat səviyyəsinin təmin edilməsi üzərində çalışdıqlarını vurğulayıb. 
Ukrayna prezident administrasiyası rəhbəri Andrey Yermak Rusiyanın qazdan silah kimi istifadə etməyə çalışdığını deyib və ona görə də Avropa ölkələrini Rusiyanın enerji ehtiyatlarına embarqo qoymaqla onu bu silahdan məhrum etməyə çağırıb. 
Qeyd edək ki, Avropanın qaz ehtiyacının üçdə biri Rusiyanın payına düşür. 
Nurlan Hüseynov