Xəbər lenti

"Avropa Rusiyanı təhlükəsizlik sistemindən kənarlaşdırmalıdır" - Litvanın baş naziri
Dünya14:50 03.03.2023

"Avropa Rusiyanı təhlükəsizlik sistemindən kənarlaşdırmalıdır" - Litvanın baş naziri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litvanın baş naziri İnqrida Şimonite hesab edir ki, Avropa öz təhlükəsizlik sistemini Rusiyasız inkişaf etdirməlidir.
Qaynarinfo "Euractiv"ə istinadən xəbər verir ki, o, bu barədə cümə axşamı Vilnüsdə jurnalistlərə bildirib.
"Bəzən səslər eşidilir ki, biz hələ də Rusiya ilə birlikdə təhlükəsizlik sistemini hansısa formada inkişaf etdirməliyik. Məncə, belə düşüncə yanlışdır, çünki Avropa Rusiyasız öz təhlükəsizlik sistemini düşünməli və inkişaf etdirməlidir. Hesab edirəm ki, daima Rusiyaya baxmaq zərərlidir”, deyə baş nazir bildirib.
Şimonite qeyd edib ki, Ukrayna və Şərqi Avropanın gələcəyi ilə bağlı fikirlər iki qrupa bölünür: "Qələbə düşərgəsi" və "məğlub olmamaq  düşərgəsi". 
"İnanıram ki, qələbə olmadan "məğlubiyyətsizlik" də ola bilməz: qələbə yoxdursa, qazanc da yoxdur və Ukrayna qalib gəlməlidir, bu məsələdə başqa fikir ola bilməz", deyə Litvanın baş naziri qeyd edib.
Rusiyanın Ukraynada müharibəsinin ikinci ilini davam etdirdiyi bir vaxtda Qərbi Avropada yorğunluq əlamətləri görüb-görmədiyi ilə bağlı suala Şimonite cavab verib ki, o, beynəlxalq medianı izləyir və bəzən "narahatedici görünə bilən və belə təəssürat yaradan siqnallar”ı görür: "Digər tərəfdən, Ukrayna əhəmiyyətli dəstək alır, çoxlu hərbi yardım göndəriləcək, Ukrayna Silahlı Qüvvələri tərəfindən planlaşdırılan əks-hücumla bağlı böyük gözləntilər var".
Nizami Bağırov