Artıq bir sıra ölkələr Rusiyanın Gürcüstana təcavüzünün və Sxinvali bölgəsinin işğalının 15-ci ildönümündə Tbilisiyə dəstək bəyanatları verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” məlumat yayıb.
Gürcüstan üçün həmrəylik sözləri ilə ilk bəyanatlar artıq avqustun 7-də səhər saatlarında ortaya çıxıb.
Litva Prezidenti Gitanas Nauseda Rusiyanın işğalını pislədiyini
bildirib.
"İndi Ukrayna öz azadlığını eyni təcavüzkardan müdafiə edir. Biz Rusiyanı öz qoşunlarını Gürcüstan və Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - Litva prezidenti
bildirib.
"Ukrayna gürcü xalqının yanındadır və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır", - bəyanatda deyilir.
Avropa Şurasının sədri Şarl Mişel Aİ-nin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin dəyişməz olaraq qaldığını vurğulayıb.
"Biz Avropayönlü yol və NATO-ya doğru kurs seçmiş cəsur Gürcüstan xalqını dəstəkləyirik”, - Mişel yazıb.
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç qeyd edib ki, Rusiyanın işğal olunmuş rayonlarda saxta respublikaları və oradakı hərbi mövcudluğunu tanıması beynəlxalq hüququn kobud şəkildə
pozulmasıdır.
Xatırladaq ki, Rusiya öz qoşunlarını 2008-ci il avqustun 7-də Gürcüstan ərazisinə daxil edib. Müharibə nəticəsində Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci il avqustun 26-da Rusiya regionların "müstəqilliyini” tanıyıb.
Nizami Bağırov