Avropa Şurası Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar çərşənbə günü keçirilən iclasda qəbul edilib və sanksiyaların müddəti 6 ay artırılıb.
Sanksiyaların tətbiqi və müddəti Rusiyanın Ukraynanın suverenliyini pozması səbəbindən uzadılıb.
Sanksiya tətbiq olunanların siyahısında 155 fiziki şəxs və 44 təşkilatın adı var.
Qeyd edək ki, Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko öldürüldükdən sonra adı siyahıdan çıxarılıb.