Avropa Şurası Parlament Assambleyasının təsdiq etdiyi sünnət qərarına Türkiyədən sonra İsrail də etiraz edib.
Qaynar.info xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi qərarın dərhal ləğv edilməsini tələb edib.
Xarici İşlər Nazirliyinin rəsmisi Jiqal Palmor sünnətin İslam və Yəhudiliyin ənənəsi olduğunu bildirib: "Sünnət əzəldən bəri ik önəmli din - İslam və Yəhudiliyin ənənəsinin bir hissəsidir. Bunu qızların sünnət edilməsi kimi vəhşiliklə qarşılaşdırmaq bir cəhalətin göstəricisidir".
Palmor bu qərarın Avropa Şurasını hörmətdən saldığını və Avropada nifrət və irqçi çıxışları artıracağını deyib.
Qeyd edək ki, çərşənbə axşamı Starsburqda qəbul edilən qərara görə, sünnət oğlan uşaqlarının fiziki bütövlüyünün tibbi cəhətdən qanunsuz olaraq pozulması kimi qəbul edilib. Qərarda qız sünnətinin qadağan olunması və oğlan uşaqlarının da 14 yaşına çatmadan və öz razılıqları olmadan sünnət edilməsi tələb olunmuşdu. Qaynar.info