Xəbər lenti

Avropa tatu mürəkkəblərini qadağan edir: Qorxulu xəstəlik yaradır
Dünya11:55 01.02.2020

Avropa tatu mürəkkəblərini qadağan edir: Qorxulu xəstəlik yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyası döymə-tatu üçün istifadə olunan əsas piqmentlərə qadağa qoymaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, Nyu York Universitetindəki Lanqon Tibb Mərkəzinin mütəxəssisləri mavi və yaşıl döymə mürəkkəblərinin tərkibində ağır metal və zəhərli maddələrin olduğu qənaətinə gəlib. Bu maddələr allergiyaya və qaşınmaya, həmçinin müxtəlif xəstəliklərə səbəb ola bilər.
İsveçrə 20min.ch saytının verdiyi məlumata görə, mütəxəssislər tatu etdirmiş insanların təxminən 6%-nin qaşınma, səpişki və şişkinlikdən şikayət etdiklərini aşkar edib. Çoxları müalicədən sonra da bu simptomlardan qurtula bilməyıb.
Avropa Kimya Agentliyi (ECHA) mürəkkəb istehsalçılarından iki həftə ərzində zərərli maddələrinə başqa bir yer əvəz tapılmasını tələb edib. Bu arada İsveçrədə döymə mürəkkəblərinin qadağan edilməsinə qarşı etiraz aksiyaları keçirilib.