Son həftə Avropada təbii qaz qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Bununla yanaşı, Ukraynanın Rusiya qazının tranzitini dayandırmasından sonra, 2025-ci ilin ilk ticarət günlərində qiymətlərin azalması meyli müşahidə olunub.
Qaynarinfo "Bloomberg"ə
istinadla ki, treyderlər bir neçə Mərkəzi Avropa ölkəsi üçün mühüm təchizat mənbəyi olan Rusiya qaz axınlarının itirilməsini gözləyirdilər.
Onlar indi tranzitin dayandırılmasının anbarlardan qazın daha sürətlə çıxarılmasına səbəb olub-olmayacağını izləyirlər. Nəşr qeyd edir ki, qaz ehtiyatları qitə üzrə 2021-ci ildən bəri ən sürətlə azalmaqdadır.
Ukrayna tranzitinin dayandırılması Avropanın bəzi ölkələrində baş verən soyuq hava şəraiti ilə üst-üstə düşüb. Bu, enerji resurslarına tələbatın artmasına səbəb olub. Məsələn, Rusiya qazından asılı olan ölkələrdən biri olan Slovakiyada yanvarın ortalarında temperaturun mənfi 7 °C-yə enəcəyi gözlənilir.
Bununla belə, Avropa Komissiyası Mərkəzi və Şərqi Avropada təchizat təhlükəsizliyinə təhdid olmadığını bildirib:
"Qaz təchizatı alternativ marşrutlar (Almaniya, İtaliya) və anbarlardan çıxarma yolu ilə təmin edilib”, – deyə Avropa Komissiyasının nümayəndələri qeyd ediblər.
"Bloomberg" vurğulayır ki, 2024/2025-ci illərin qış mövsümündə Avropanın qaz ehtiyatlarının tamamilə tükənməsi ehtimalı minimaldır. Lakin növbəti qış mövsümü üçün ehtiyatların doldurulması treyderlər üçün daha çətin ola bilər. Belə ki, 2025-ci ilin yayına olan qaz fyuçersləri artıq 2025/2026-ci illərin qışı üçün olan qiymətləri üstələyir ki, bu da ehtiyatların doldurulmasını daha baha edəcək.
Kopenhagenin Global Risk Management şirkətinin baş analitiki Arne Loman Rasmussen bildirib:
"Avropa İttifaqının qışı aşağı qaz ehtiyatı səviyyəsi ilə başa vurması və ehtiyatların doldurulmasının baha başa gəlməsi riski artır”.
Niderlandda yerləşən Avropa TTF qovşağının məlumatına görə, qaz qiymətləri dekabrın ortalarından etibarən 39,87 €/Mvt-saat-dan 1 yanvar tarixinə qədər 50,53 €/Mvt-saat-a (530 €/min kubmetr) qədər artıb. Xəbərin yazıldığı 3 yanvar saat 14:00-a qədər isə qiymətlər 49,82 €/Mvt-saat-a (522,7 €/min kubmetr) qədər azalıb.
Rusiya qazının tranzitinin dayandırılmasına cavab olaraq, Slovakiya baş naziri Robert Fiko 22 dekabrda Moskvada Vladimir Putinlə danışıqlardan sonra, Ukraynanın enerji sistemində yaranmış çatışmazlıq dövründə elektrik enerjisinin tədarükünü dayandırmaqla hədələyib.
Ukrayna prezidenti Volodimir Zelenski Fitsonun təhdidlərinə cavab verib. Zelenski bildirib ki, Putin Slovakiya xalqının maraqları hesabına "ikinci enerji cəbhəsi” açmaq üçün ona göstəriş verib.
Yanvarın 2-də Fiko Slovakiyanın təkcə Ukraynaya elektrik enerjisi ixracını dayandıra biləcəyini deyil, həm də ukraynalı qaçqınlara yardımını xeyli azaltma ehtimalını irəli sürüb.
Alpər
Şərhlər