Dünya 14:34 03.09.2022

Avropa Şurası rəhbərindən “Şimal axını”nın dayandırılmasına reaksiya

"Şimal axını”nı dayandırmaq qərarı sürpriz olmadı, ancaq bu, Aİ-nin "enerji müstəqilliyinə doğru irəliləmək əzmini dəyişməyəcək”.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu sözləri Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

Onun sözlərinə görə, "Qazprom”un hərəkətləri gözlənilən idi. "Qazdan silah kimi istifadə Aİ-nin qərarını dəyişməyəcək. Biz enerji müstəqilliyinə gedən yolumuzu sürətləndirəcəyik”.

Rusiya cümə günü "Şimal axını” qaz kəməri ilə qaz nəqlini tamamilə dayandırılıb. "Qazprom”un məlumatına görə, qaz kəmərinin sonuncu işləyən qaz kompressor qurğusunda zədə aşkar edilib ki, bu da "qaz turbinli mühərrikin təhlükəsiz işləməsinə imkan vermir”.
Avropa Komissiyası nasazlıqlara görə "Şimal axını”nın dayandırılması qərarını "sinizm” adlandırıb.

Alpər