Xəbər lenti

Avropada ABŞ-Aİ ticarət sazişindən narazılıq artır
Dünya 19:19 07.09.2025

Avropada ABŞ-Aİ ticarət sazişindən narazılıq artır

ABŞ və Avropa İttifaqı arasında imzalanmış ticarət sazişi ilə bağlı narazılıq Avropanın siyasi və işgüzar dairələrində getdikcə artır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

İyul ayında prezident Donald Tramp sazişi təqdim edərkən Avropa biznes dairələrinin nümayəndələri bunun aylarla davam edən qeyri-müəyyənliyə son qoyacağını düşünürdülər. Lakin indi şirkətlər ABŞ-a ixracı dayandırır və yeni bürokratik maneələrdən şikayətlənirlər.

Sənaye avadanlıqları istehsalçıları isə əlavə rüsumlarla işləməyə məcbur qalır. ABŞ administrasiyası tərkibində polad və alüminium olan bir sıra məhsullara, o cümlədən mühərriklərə, nasoslara və tikinti avadanlıqlarına 50 faizlik gömrük rüsumu tətbiq edib. Almaniyanın maşınqayırma sənayesi assosiasiyasının (VDMA) prezidenti Bertram Kavlat Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı məktubda vəziyyəti sektor üçün "mövcudluq böhranı" adlandırıb. Onun məlumatına görə, ABŞ-a idxal edilən avropa avadanlıqlarının təxminən 30 faizi artıq əlavə rüsumlarla üzləşir.

Nəşrin məlumatına görə, "Krone" şirkəti ABŞ-a ixracı dayandırıb və tədarükləri Meksika və Kanadaya yönləndirmə imkanlarını nəzərdən keçirir.

Avropa Parlamentinin ticarət komitəsinin rəhbəri Bernd Lange bildirib ki, qanunvericilər ABŞ və Aİ arasında bağlanmış sazişdə dəyişikliklər tələb edə bilərlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->