Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi halında Rusiya oliqarxlarının Almaniyadakı daşınmaz əmlakı sanksiya kimi müsadirə oluna bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Bundestaqdakı Azad Demokratik Partiyasının (FDP) fraksiyasının sədr müavini Aleksandr Lambsdorff Bild telekanalının efirində bildirib.
O, Rusiyadan olanbəzi oliqarxların "Berlində böyük holdinqlərə sahib olduğuna” işarə edib. "Əgər X-in daşınmaz əmlakını maliyyələşdirmək üçün istifadə olunan vəsaitin mənbəyinə əmin deyiliksə, X-in daşınmaz əmlakını rekvizisiya etməliyik”, - DW deputatın sözlərindən sitat gətirib.
Üstəlik, o hesab edir ki, Rusiya prezidenti Vladimir Putinə aydın olmalıdır ki, Ukraynaya hücum "Avropa ilə münasibətlərin sonu” demək olacaq.
Onu da xatırladaq ki, daha əvvəl Britaniya mediası da rus qoşunlarının Rusiya prezidenti Vladimir Putinə yaxınlığı olan rusiyalı milyarderlərdən hansının anti-Rusiya sanksiyalarına məruz qala biləcəyi ilə bağlı yazı dərc etmişdi.
Alpər