İyulun 11-dən etibarən İspaniya və Portuqaliya bir aydan az müddətdə ikinci isti dalğasına məruz qalıb və hava agentlikləri Britaniya və Fransanın da tezliklə qızmar istilərlə üzləşəcəyini proqnozlaşdırırlar.
Qaynarinfo "Euronews"a istinadən xəbər
verir ki, bazar ertəsi İspaniyanın mərkəzindəki Kandelda şəhərində havanın temperaturu 43,3 dərəcəyə (110 dərəcə Fahrenheit) çatıb, ölkənin qərbində və cənubunda yerləşən Merida və Seviya şəhərlərinin sakinləri də 42 dərəcə selsidən çox isti müşahidə ediblər.
İspaniya Meteorologiya Təşkilatının (AEMET) proqnozu göstərir ki, yaxın günlərdə Badaxos və Sevilya şəhərlərində havanın temperaturu çox güman ki, selsi üzrə 46 dərəcəyə qədər yüksələcək və bu təşkilatın nümayəndəsi ölkədəki yeni isti dalğasını "həqiqətən müstəsna” adlandırıb".
Temperaturun bu artımı yəqin ki, 9-10 gün davam edəcək və bu halda hazırkı istilik İspaniyada 1975-ci ildən bəri ən uzun istilik dövrləri hesab edilən üç istilik dalğasından birinə çevriləcək.
Alimlərin fikrincə, bu misli görünməmiş isti dalğasının ən mühüm səbəbi iqlim dəyişikliyidir və qlobal temperaturun tədricən artması və paralel olaraq quraqlıq və yağıntıların olmaması ilə istilik dövrlərinin daha intensiv və daha uzun olacağı gözlənilir.
Bundan əvvəl, 2021-ci ilin avqustunda İspaniyanın cənubundakı kiçik Montoro şəhərində 47,4 dərəcə selsi temperatur qeydə alınıb. Mütəxəssislər yaxın günlərdə bu rekordun qırılacağını istisna etmirlər.
M.Arif