Xəbər lenti

Avropada inflasiya rekord həddə çatdı
Dünya12:43 29.04.2022

Avropada inflasiya rekord həddə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna müharibəsi fonunda Avropada iqtisadi böyümə zəifləyib, inflasiya rekord həddə çatıb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Avropa Birliyi statistika idarəsinin hesabatında deyilir.
Enerji qiymətlərindəki artımla əlaqədar olaraq aprel ayında illik inflasiya 7.5% artıb. "Eurostat” bildirir ki, bu, 1997-ci ildən bu yana ən yüksək inflasiya göstəricisidir.
Keçən ilin bu vaxtı ilə müqayisədə ərzaq qiymətləri isə 38% artıb.
2022-ci ilin ilk 3 ayında Avropanın 19 ölkəsində iqtisadi artım keçən illə müqayisədə 0.1% azalaraq 0.2% olub.
Açıqlanan son statistika Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 343 milyon əhalisi olan Avropaya təsini göstərir.
"Capital Economist” şirkətində baş iqtisadi ekspert Andryu Keninqam deyir ki, Avrozonadakı kiçik iqtisadi artım o deməkdir ki, region ilin birinci yarısında texniki olaraq geriləməyəcək.
Ancaq artan inflasiya və Ukrayna müharibəsinin nəticələri onu göstərir ki, bu ilin növbəti rübundə ÜDM azalacaq.
Qeyd edək ki, inflasiya Amerikada da yüksələn xəttlə gedir. Statistikaya görə, bu ay ABŞ-da inflasiya 8.5%-ə qalxıb. 
Nurlan Hüseynov